ABŞ Şimali Koreyaya zərbə endirməyə hazırlaşır

abs-simali-koreyaya-zerbe-endirmeye-hazirlasir
Oxunma sayı: 649

Çin Pxenyanı nüvə proqramından əl çəkməyə razı sala bilməsə, ABŞ Şimali Koreyaya hərbi zərbə endirəcək.

“Qafqazinfo” “Kioda” agentliyinə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamenti Yaponiya hökumətinə xəbərdarlığında bildirib.

Agentliyin məlumatına görə, əgər Çin Şimali Koreyanı razı sala bilməsə, ABŞ gücdən istifadə edəcək.

Aprelin 10-da İtaliyada Yaponiya XİN rəhbəri Fymio Kisida və ABŞ dövlət katibi Reks Tillerson arasında görüş baş tutub. Danışıqlar zamanı rəsmi Tokio münaqişənin hərbi yolla həllinin tərəfdarı olmadıqlarını vurğulayıb. Nazir Çinin iqtisadi və hərbi tərəfdaşı olduğu Şimali Koreyaya təsir edəcəyinə ümid etdiklərini bildirib.

Hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin Carl Vinson atom sualtı qayığı başda olmaqla zərbə qrupu Koreya yarımadası istiqamətində hərəkət edir.