Prezident İlham Əliyev tərəfindən orden və medallarla təltif edilən abşeronlu şəhidlər anım günlərində yad edilib.
“Qafqazinfo” xəbər verir ki, Abşeron rayonunda Vətən Müharibəsi qəhrəmanı Vüqar Ağayev, Şahin Allahyarov, Zaur Ələsgərli, Emil Əhmədov, Teymur Quliyev, Səbuhi Məcidov, Əli Əliyev, İlkin Abdullayev, Bəhruz Əhmədovun anım günləri, o cümlədən Tural Məmmədovun doğum günü qeyd olunub.
Anım tədbirlərində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilərlə birgə şəhidlərin məzarlarını ziyarət ediblər.
Görüşlərdə Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasətindən, döyüş meydanında olduğu kimi diplomatiyada da qazanılan uğurlardan bəhs edilib.
“Zəfər Günü” ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini, Xırdalan şəhərində şəhidlərin əziz xatirəsinə Xatirə Kompleksinin inşa olunduğunu və tezliklə açılışının olacağını vurğulayan RİH-nin başçısı Abdin Fərzəliyev şəhid ailələrinin yaşadığı evlərə gedərək onları ziyarət edib.
Şəhid ailələri və qazilər də öz növbələrində onlara dövlət səviyyəsində böyük diqqət göstərildiyini vurğulamış, göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.
Son xəbərlər
Son Xəbərlər