Adilə Naşitin həyatı film olur

adile-nasitin-heyati-film-olur
Oxunma sayı: 3630

Mərhum aktrisa Adilə Naşitin həyatından bəhs edən film çəkiləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Bildirilib ki, hələ ki aktrisanı canlandıracaq obraz üçün ona bənzər oyunçu axtarılır.

Film aktrisanın gənclik dövrünü (25-35 yaş aralığı) əhatə edəcək. 

Hazırda obraz üçün aktrisa seçimləri edilir.

Qeyd edək ki, A. Naşit 1987-ci il dekabrın 11-də uzun müddətdir əziyyət çəkdiyi bağırsaq xərçəngindən vəfat edib.