Ağsudakı meşə yanğınının - Videosu

agsudaki-mese-yangininin
Oxunma sayı: 9749

Xəbər verdiyimiz kimi, bu gün Ağsu rayonunun Gəgəli kəndində yüksək dağlıq ərazidə yanğın başlayıb, onun meşə ərazisinə keçməsinin qarşısı alınır. 

“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda yanğının əhatə etdiyi ərazi genişlənir. 

Qeyd edək ki, Şamaxı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Əliyev saytımıza bildirib ki, yanğının tüstüsü, dumanı görünsə də, hələ  Şamaxıya çatmayıb.

Yanğının söndürülməsini sürətləndirilmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğından videogörüntünü təqdim edirik: