Alessandro Safina Bakıya gəldi - Fotolar

alessandro-safina-bakiya-geldi
Oxunma sayı: 3424

Məşhur italiyalı opera və estrada müğənnisi Alessandro Safina Bakıya gəlib.

“Qafqazinfo” xəbər verir ki, onun paytaxtımıza səfəri bu axşam Yaşıl Teatrda əfsanəvi sənətkar Müslüm Maqomayevin xatirə gecəsində iştirakı ilə bağlıdır.

A.Safina baş tutacaq konsertin məşqindən instaqram səhifəsində kadrlar paylaşıb. O, həmçinin Xalq artisti Emin Ağalarovla görüşüb.

Xatırladaq ki, “Jara-2019” festivalı çərçivəsində A.Safina və Emin Müslüm Maqomayevin repertuarındakı ən məşhur mahnılardan biri “Sinyaya veçnost”i duet ifa etmişdilər.