Ana həbsdəki oğluna narkotik aparıb

ana-hebsdeki-ogluna-narkotik-aparib
Oxunma sayı: 1918

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

“Qafqazinfo” xəbər verir ki, həbs edilmiş şəxs Nurlan Rəhim oğlu Məmmədliyə anası Telli Ənnağı qızı Məmmədovanın gətirdiyi sovqatdakı şampun qabının içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,266 qram heroin və 0,060 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.