Antalyada meşəni yandıran 16 yaşlı yeniyetmə həbs edildi

antalyada-meseni-yandiran-16-yasli-yeniyetme-hebs-edildi
Oxunma sayı: 5553

Antalyanın Manavqat rayonunda 28 iyulda başlayan meşə yanğınları ilə əlaqədar aparılan araşdırmaların nəticələrinə əsasən hadisəni törətməkdə şübhəli bilinən 16 yaşlı C.Y. həbs edilib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, C.Y.-nin sorğulanması 4 gün çəkib.

O, əvvəlcə meşə yanğını törətmədiyini iddia etsə də, daha sonra polisin sübut və dəlilləri qarşısında əməlini etiraf etməli olub.