Antalyaya leysan düşdü, yanğınlar nəzarətə alındı - Video

antalyaya-leysan-dusdu-yanginlar-nezarete-alindi
Oxunma sayı: 13253

Türkiyəli yanğınsöndürənlər və xilasedicilər Antalya ərazisində təbiət yanğınlarını nəzarət altına almağa müvəffəq olublar, buna başlayan leysan yağışları kömək edib.

Bu barədə “Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir.

Leysan yağışlarının bölgədə ən azı şənbə gününün axşamına qədər davam edəcəyi gözlənilir.

Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirlinin sözlərinə görə, hazırda ölkənin beş əyalətində 13 yanğın ocağı qalmaqdadır.