Aralıq dənizində ard-arda zəlzələlər oldu

araliq-denizinde-ard-arda-zelzeleler-oldu
Oxunma sayı: 1276

Aralıq dənizində ard-arda zəlzələlər olub.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Boğaziçi Kandilli Rəsədxanasının məlumatına görə, təkanlar Qirit adası sahillərində meydana gəlib.

İlk zəlzələnin gücü 4,2 bal, ikincinin gücü isə 4,5 bal olub. Təkanlar 5 kilometr dərinlikdə qeydə alınıb.