Arif Babayevin son vəziyyəti necədir?

arif-babayevin-son-veziyyeti-necedir
Oxunma sayı: 2692

Xalq artisti, professor Arif Babayevin səhhəti stabilləşib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya sənətkarın oğlu Yaşar Babayev deyib.

O bildirib ki, atasının həyati təhlükəsi aradan qalxıb və səhhətində müsbətə doğru dəyişiklik müşahidə olunur.

“Hazırda reanimasiyadadır, lakin vəziyyəti əvvəlkindən daha yaxşıdır”, - deyə Yaşar Babayev qeyd edib.

Xatırladaq ki, Xalq artisti ötən gün axşam saatlarında Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya – Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.