Avropa Komissiyası Ukraynada atəşkəslə bağlı məsələyə münasibət bildirdi

avropa-komissiyasi-ukraynada-ateskesle-bagli-meseleye-munasibet-bildirdi
Oxunma sayı: 1260

“Ukraynada müharibənin həlli yalnız atəşkəslə deyil, həm də “əsl sülh razılaşması” ilə nəticələnməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Cənubi Afrikaya səfəri zamanı deyib.

“Ukrayna üçün ədalətli və davamlı sülh üçün çalışmağımız vacibdir. Biz hər iki tərəfi təkcə atəşkəs deyil, həm də real sülh razılaşmasına aparacaq proses haqqında fikir mübadiləsi apardıq”, - xanım sədr bildirib.