Avstraliyada meşə yanğınları, 350 koala öldü - Video

Avstraliyada meşə yanğınları, 350 koala öldü
Oxunma sayı: 768

Avstraliyanı cənginə alan meşə yanğınları xilasedicilərin nəzarəti altından çıxıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “MİR 24” telekanalı xəbər verib.

Yanan meşələrlə Yeni Cənubi Uelys ştatında mübarizə aparırlar. Buna güclü külək mane olur. 50 böyük yanğın ocağını havadan su ilə söndürmək artıq mümkünsüzdür. Bir çox yaşayış məntəqələrinin sakinləri hökümətin təkidilə evakuasiya edilir. Yanğın nəticəsində 100-dən çox ev məhv olub.  30-dan çox insan yaralanıb, üç nəfər itkin düşüb.

Yanğın hadisəsinin ilk qurbanları isə Avstraliyanın ən sevimli heyvanları – koalalar olub. Onlar tez hərəkət edə bilmədiyindən yanğından qaça bilməyiblər və ağaclarla bərabər yanıblar. Leyk-İnnes qoruğundakı 600 koaladan 350-si ölüb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi