Aynar Məmmədovun həbs xəbəri yayıldı

aynar-memmedovun-hebs-xeberi-yayildi
Oxunma sayı: 10828

Oktyabrın 11-i saat 22 radələrində Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus olan, “Şüşəli bazar”ın yanındakı “Nar” kafesini xüsusi təyinatlılar mühasirəyə alıb.

“Qafqazinfo” xəbər verir ki, məlumatı azadliq.info yayıb. Xəbərdə bildirilir ki, əməliyyatçılar içəridəkiləri, o cümlədən kafenin sahibi Aynar Məmmədovu həbs edib. Həbs edilənlər MCQMİ-yə (bandotdel) aparılıb.
Məlumatı azadliq.info-ya verən şəxs bildirib ki, Aynar Məmmədovla birlikdə, həmin vaxt kafedə olan daha 20 nəfərə yaxın məmur övladı həbs edilib. Həbs edilənlərdən biri də Xəzər rayonun icra başçısının müavini Vaqif Həsənovun oğludur.

 ***

Xəzər rayonun icra başçısının müavini Vaqif Həsənovun oğlunun “Nar” kafesində həbs edilməsi ilə bağlı yayılan məlumatlara reaksiya verib. Rayon icra hakimiyyətinin İctimai siyasi, humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov “Qafqazinfo” ya açıqlamasında məlumatın yalan olduğunu deyib: “Vaqif Həsənovun oğlu hazırda Lənkəranda hərbi hissədə xidmət edir. Kim inanmırsa, hərbi hissə ilə əlaqə saxlaya bilər, ya da icra hakimiyyətindən bunu soruşa bilər. O, 5 aydır ki, qulluq edir. Vaqif Həsənovun bir oğlu, bir qızı var”.

Günel Türksoy