AZAL daha bir “Boeing” alır

azal-daha-bir-boeing-alir
Oxunma sayı: 649

AzərTAc xəbər verir ki, “Boeing-767-300 ER” tipli təyyarə 13 min kilometr yüksəklikdə uçuş qabiliyyətinə malikdir və 11 min kilometr məsafəni birbaşa qət edir.
Bu tipli ilk təyyarə bu ilin iyununda Bakıya gətirilib. Bu təyyarələr uzaqmənzilli uçuşları yerinə yetirmək üçün planlaşdırılıb.
Hazırda QSC-nin donanmasında 21 təyyarə var. Bunlar “Aerobus-319”, “Aerobus-320”, “Boeing-757”, ATR və “Boeing-767” tipli təyyarələrdir. 2014-cü ildə isə ölkəmizə iki “Boeing-787 Dreamliner” təyyarəsi gətiriləcəkdir. “Boeing-787” tipli təyyarələr alındıqdan sonra isə ABŞ-a birbaşa uçuşların təşkili nəzərdə tutulur.