Azərbaycan Hava Yolları (AZAL) tərəfindən bir müddət öncə Bakı-İstanbul və əks istiqamətə aid edilən iki bilet alana 3-cüsü hədiyyə kampaniyası ilə bağlı şikayət var.
“Qafqazinfo” xəbər verir ki, axşam reysləri üçün nəzərdə tutulan kampaniyanın 26 dekabr - 8 yanvar tarixlərində həm bir tərəfə, həm də gediş-dönüşə alınan biletlərə şamil olunduğu bildirilirdi.
Məsələyə aydınlıq gətirmək üçün AZAL-a müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, 3-cü aviabiletin hədiyyə olunması üçün 2 nəfər üçün bir istiqamətə eyni anda bilet alınmalıdır: “AZAL tərəfindən həyata keçirilən cari (2+1) kampaniya çərçivəsində yalnız eyni vaxtda 2 aviabilet əldə edərkən aviaşirkət 3-cü aviabileti hədiyyə olaraq təqdim edir.
Təklif 26 dekabr 2022-ci il və 8 yanvar 2023-cü il tarixləri arasında yerinə yetirilən J2-077/078 və J2-079/080 axşam reyslərinə həm bir tərəfə, həm də gediş-dönüş aviabiletlərin alınması zamanı şamil olunur. Aviabiletlərin satışı 7 yanvar 2023-cü il tarixi daxil olmaqla davam edəcək. Yəni, aviabilet 2 nəfər üçün bir istiqamətə eyni anda alınmalıdır ki, 3-cü bilet hədiyyə olunsun”.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər