Azərbaycan Hollandiya Mədəniyyət Festivalında - - Fotolar

azerbaycan-hollandiya-medeniyyet-festivalinda-
Oxunma sayı: 861


Diasporla İş Üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, birliyin sədri Mayisə Ağamirzəyevanın verdiyi məlumata görə, artıq üçüncü dəfə keçirilən festivalda Azərbaycana həsr olunmuş böyük stend qurulub. Stenddə Azərbaycanın dövlət atributlarını, mədəniyyət və tarixini əks etdirən eksponat və suvenirlər, milli geyimlərimiz, yeməklərimiz, Azərbaycan haqqında kitab və açıqçalar nümayiş etdirilib.

Festivalın böyük paradından keçəndən sonra Azərbaycan təmsilçiləri səhnədə yer alıb. Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin Bakıdan dəvət etdiyi “Azərbaycan inciləri” uşaq rəqs qrupunun “Qaytağı”, “Məzəli rəqs”, “Nəlbəki”  kimi milli rəqsləri və “Azərbaycan” kompozisiyası festival  iştirakçılarının böyük marağına səbəb olub.

Festivalda gənc rəssam Nərmin Abdullayevanın “Bahar” sərgi-kompozisiyası da nümayiş etdirilib.

Bundan başqa, Hollandiyada fəaliyyət göstərən “Odlar Yurdu” Təşkilatının rəhbəri müğənni-bəstəkar Firəngiz Bağırova da Azərbaycanın xalq və bəstəkar musiqiləri ilə çıxış edib.