Azərbaycan klublarının Konfrans Liqasında potensial rəqibləri müəyyənləşdi

azerbaycan-klublarinin-konfrans-liqasinda-potensial-reqibleri-mueyyenlesdi
Oxunma sayı: 1658

UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

“Qafqazinfo” xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycan klubları aşağıda adları qeyd edilən komandalara rəqib olub.

“Petrokub” (Moldova) - “Sabah” cütünün qalibi Avropa Liqasının “Levski” (Sofiya, Bolqarıstan) - “Braqa” (Portuqaliya) cütünün məğlubu ilə görüşəcək.

“Zirə” (Azərbaycan) – “Hayduk” (Xorvatiya) cütünün qalibi “Atletik Klub d’Escaldes” (Andorra) – “Dinamo Siti” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.

“Araz-Naxçıvan” (Azərbaycan) – “Aris" (Yunanıstan) cütünün qalibi isə “Omonia” (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) cütünün qalibinə rəqib olub.