Azərbaycan millisi Qazaxıstana qalib gəldi

azerbaycan-millisi-qazaxistana-qalib-geldi
Oxunma sayı: 1102

Bu gün Azərbaycan U-17 millisi UEFA İnkişaf Kubokunda 3-cü oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, yığmamız Belarusun paytaxtı Minskdə təşkil olunan turnirdə Qazaxıstanla qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Milimizin heyətində qolları 57-ci dəqiqədə Əhməd Vəliyev və 66-cı dəqiqədə İmran Süleymanzadə vurub.

Qeyd edək ki, millimiz turnir çərçivəsində keçirdiyi ilk iki matçında Rusiyaya (0:3) məğlub olub, İrana (1:0) qalib gəlib.