Azərbaycan Olimpiadada ilk medalını qazandı - Fotolar + Yenilənib

azerbaycan-olimpiadada-ilk-medalini-qazandi
Oxunma sayı: 8405

Azərbaycanın daha bir qadın cüdoçusu İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Larisa Tseriçlə (Bosniya və Herseqovina) üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Kindzerska 1/4 finala yüksəlib. O, bu raundda Cənubi Koreya təmsilçisi Mijin Hanla üz-üzə gələcək.

***

İrina Kindzerska 1/4 finalda Cənubi Koreya təmsilçisi Min-Cin Han qalib gələrək yarımfinala yüksəlib.

***

Xanım idmançımız yarımfinalda yaponiyalı Akira Sone ilə üz-üzə gəlib. Rəqibinə ipponla məğlub olan Kindzerska bürünc medal uğrunda görüşə qatılacaq. Rəqib isə çinli Şiyan Xu olacaq.

***

Kindzerska bürünc medal uğrunda görüşdə çinli Şiyan Xu ilə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Kindzerska bürünc medal qazanıb.

Bu, Azərbaycan yığmasının Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk medalı olub.