Azərbaycan Ukrayna ilə qarşılaşa bilər

azerbaycan-ukrayna-ile-qarsilasa-biler
Oxunma sayı: 947

Futbol üzrə Azərbaycan milli komandası Ukrayna kollektivi ilə qarşılaşa bilər.

“Qafqazinfo” report-a istinadən xəbər verir ki, görüşün artıq may ayında keçiriləcəyi gözlənilir.

Ukrayna yığması mart təlim-məşq toplanışında Kipr və Uels kollektivləri ilə iki yoxlama oyunu keçirib və hər iki matçda 1:0 hesabı ilə qalib gəlib. Azərbaycan isə Qazaxıstana 0:1 hesabı ilə məğlub olub.

Ukrayna millisinin növbəti qarşılaşmaları Avropa Çempionatına az qalmış keçiriləcək toplanış zamanı olacaq.

Məlumata görə, hələlik ilkin razılaşmalar var: 29 may Rumıniya və ya Azərbaycan, 2 və ya 3 iyun - Albaniya, iyunun 6-da Moldova ilə.