Azərbaycan Universiteti Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə mərkəzin elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov 50) keçirilən ali təhsil müəssisələrinin sərgisində təmsil olunur.
“Qafqazinfo” xəbər verir ki, universitetin stendi 4-cü mərtəbədə yerləşir.
Azərbaycan Universitetinin nümayəndələri stendə müraciət edən abituriyentlər, valideynlər və digər iştirakçılara qəbul aparılan ixtisaslar, keçid balları, maddi-texniki baza, təqaüdlər, güzəştlər, beynəlxalq əməkdaşlıq, tələbələr üçün yaradılan imkanlar və onları maraqlandıran digər məsələlərlə bağlı ətraflı məlumat verir, sualları cavablandırırlar.
Sərgidə həmçinin 3-cü mərtəbədəki 305 nömrəli otaqda Azərbaycan Universiteti haqqında təqdimat da nümayiş olunur. Təqdimat hər gün saat 11:00-da başlayır.
Ölkədə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsinin, o cümlədən müxtəlif qurumların iştirak etdiyi sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.
İyulun 30-u başlayan sərgi avqustun 1-dək davam edəcək. Sərgidə iştirak etmək istəyənlər qeyd olunan link vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Son xəbərlər
Son Xəbərlər