Azərbaycan və Ermənistan bir-birinə ərazi iddiası qaldırmayacaq

azerbaycan-ve-ermenistan-bir-birine-erazi-iddiasi-qaldirmayacaq
Oxunma sayı: 1748

Tərəflər, I Maddəyə tam riayət etməklə, bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağını təsdiq edirlər.

“Qafqazinfo” xəbər verir ki, bu, Azərbaycanla Ermənistan arasında imzalanmış paraflanmış sülh sazişinin mətnində öz əksini tapıb.

Qeyd olunub ki, tərəflər digər tərəfin ərazi bütövlüyü və ya siyasi birliyini tamamilə və ya qismən parçalamağa yönəlmiş hər hansı bir hərəkətə, o cümlədən belə hərəkətlərin planlaşdırılmasına, hazırlanmasına, həvəsləndirilməsinə və dəstəklənməsinə yol verməyəcəklər.