Azərbaycanda biznesmen və daha bir şəxs faciəvi şəkildə öldü - Video

azerbaycanda-biznesmen-ve-daha-bir-sexs-facievi-sekilde-oldu
Oxunma sayı: 12092

Bu gün Xaçmaz rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, Xaçmaz-Quba yolunun Armudpadar kəndindən keçən hissəsində “Toyota Prado” markalı minik avtomobili BMW markalı digər avtomobilə və yük maşınına çırpılıb.

Nəticədə “Toyota Prado”nun sürücüsü, 1962-ci il təvəllüdlü Cəlil Güləhmədov və digər avtomobili idarə edən 1985-ci il təvəllüdlü Zaur Quliyev aldıqları xəsarətlərdən vəfat ediblər.

Qeyd edək ki, qəzada vəfat edən C.Güləhmədov şimal bölgəsində geniş fəaliyyət göstərən iş adamlarından olub və “Şahdağ Cəlil” adı ilə tanınıb. O, özünə məxsus mağazalar vasitəsilə topdan satış fəaliyyəti ilə məşğul olub.

Faktla bağlı araşdırma aparılır.

Nizam Rza