Azərbaycandan çıxan Rusiyanın gizli kralları

azerbaycandan-cixan-rusiyanin-gizli-krallari
Oxunma sayı: 2617

İsveçrənin “Neue Zuercher Zeitung” nəşri Azərbaycanda kiçik yəhudi qəsəbəsindən çıxan “Rusiyanın mülkünün gizli kralları” barədə maraqlı araşdırma aparıb. “Qafqazinfo”nun məlumatına görə, Gerald Hospun müəllifi olduğu yazıda Azərbaycanda dağ yəhudilərinin kompakt yaşadıqları “Qırmızı qəsəbə” adlandırılan ərazidən çıxmış milyonçular və milyarderlərin mövcud olduğu qeyd edilib.

Müxbir ilk olaraq Moskvanın dəbdəbəli “Vanil” restoranında cüssəli, 34 yaşlı Akif Hilalovla görüşür və onun biznes barədə könülsüz söhbətə qoşulduğunu yazır. “ZAR” şirkətlər qrupunun sahibi Hilalov, eyni zamanda ticarət mərkəzlərinə sahibdir və nadir yerli metalların alqı-satqısı ilə məşğuldur. Bundan başqa, müəllif qeyd edir ki, Akif Hilalov dağ yəhudilərinin Ümumdünya Konqresinə rəhbərlik edir.

Hilalovun atası Sovet İttifaqı dövründə Hesablama palatasına sədrlik edib. O, özü isə Qırmızı qəsəbədə - Azərbaycanın şimalında Quba şəhərində yerləşən yəhudi məhəlləsində doğulub. Müəllif bildirir ki, icmanın xarici aləmdən kifayət qədər təcrid olunan əhalisi illər ərzində 3 minə qədər azalıb. Gənc nəsil isə iş üçün Rusiya, İsrail, Avropa və ABŞ-a getməyi üstün tutur: “Lakin bu kiçik Azərbaycan şəhərciyi görünür ki, sahibkarlar dəmirçixanasına çevrildi: Rusiyanın Forbes nəşri bu yaxınlarda Zarax İliyev və Qod Nisanovu Rusiyada mülkün kralları kimi xaç suyuna çəkdi. Onların şirkətləri ildə icarədən 780 milyon ABŞ dollarına qədər qazanc götürür. Hər iki sahibkar Qırmızı qəsəbədə böyüyüblər. Moskvada onlara məxsus dəbdəbəli “Ukrayna” mehmanxanası və nəhəng ticarət mərkəzi məxsusdur. Digər zəngin Telman İsmayılov Qubada doğulmasa da o da Azərbaycanın dağ yəhudilərindəndir və Qırmızı qəsəbəyə maliyyə yardımlarını əsirgəmir. Forbesdə 21-ci yeri tutan Yakov Yaqubov da Rusiyada mülkiyyət sahəsində ən varlılar arasındadır. O, da həmçinin Moskvada dağ yəhudiləri diasporasının üzvüdür. Bu biznesmenlərin taleyi bir-birinə sıx bağlıdır”.

Müəllif yazır ki, İsmayılov, İliyev, Nisanov, Hilalovun və onların həmyerlilərinin sərvəti SSRİ-nin süqutundan sonra Moskvada bir-birinin ardınca yaranmağa başlayan böyük bazarlardır. Onlardan ən məşhuru “Çerkez” bazarıdır – Şərqi Avropada yerləşən iri ticarət meydançası, “şəhər içində şəhər” –deyə məqalədə məlumat verilib. Müəllif, rəsmi məlumatlara əsaslanaraq sanitar-epidemiloji normaların pozulması üzündən bağlanan bu bazarın sahibinin İsmayılov olduğunu xatırladır. Burada İliyevin də kommersiya maraqlarının olduğu vurğulanır. A. Hilalovun sözlərinə görə, onun atasının bazarın inkişaf etməsində xeyli rolu olub: “Biznesin idarə edilməsi modeli zamanla dəyişdi: küçə bazarları və ticarət sıraları iri ticarət mərkəzlərinə çevrildi. Mülkiyyət imperiyaları yaramağa başladı. Onların cərgəsinə restoranlar, otellər, ticarət mərkəzləri əlavə olundu.
Bu “etnik biznesin” qapalı dünyası və onun sürətli artımı narahat 1990-cı illərdə kapitalın şübhəli metodlarla əldə olunması ilə bağlı şayiələrin yaranması üçün münbit şərait yaratdı .Hilalov heç bir əsassız özünü mühafizəçilərlə əhatə etdi: onun böyük qardaşı Zaur 2004-cü ildə Moskvada güllələndi, atası da sui-qəsdin qurbanı oldu. Bu gün Akif Hilalov özünü yeni mentalitetli nəslə aid edir. O, bununla mədəni metodlara keçidi nəzərdə tutsa da, hərçənd ki, bu haqda birbaşa danışmır. Hilalov dağ yəhudilərinin biznesdə uğurlarının sirrini açıqlayaraq bunu indkarlıq, işləmək qabiliyyəti və sədaqət kimi keyfiyyətlərlə əlaqələndirib.

Sonda müəllif İsmayılov və Sovet dövründən çıxan digərlərinin Moskvanın sabiq meri Yuri Lujkovla tanışlığının uğur qazanmaqda pis katalizator və girov olmadığını vurğulayıb.

Səidə