Azərbaycanlı hakim AÇ-nin final mərhələsinə təyinat aldı

azerbaycanli-hakim-ac-nin-final-merhelesine-teyinat-aldi
Oxunma sayı: 2083

FIFA referisi Elçin Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alıb.

“Qafqazinfo” xəbər verir ki, I kateqoriyaya malik E. Məsiyevin hakimlər briqadasında Elşad Abdullayev və Pərvin Talıbov köməkçi hakim funksiyasını yerinə yetirəcəklər.

Avropa çempionatının final mərhələsi 11-28 iyun aralığında 16 komandanın iştirakı ilə keçiriləcək.