Azərbaycanlı kişi Türkiyədə parkda arvadını güllələdi - Video

azerbaycanli-kisi-turkiyede-parkda-arvadini-gulleledi
Oxunma sayı: 12501

Türkiyədə azərbaycanlı kişi boşanmaq üzrə olduğu arvadını güllələyib.

“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, hadisə ötən gecə Trabzonun Ortahisar rayonundan baş verib.

Məlumata görə, 34 yaşlı Elvin Umayev həyat yoldaşı, 38 yaşlı Turanə Umayeva ilə uşaqlarının ona göstərilməməsinə görə mübahisə edib. Bu zaman əlini silaha atan Elvin, belindən çıxardığı tapança ilə Turanənin başından atəş açıb. Qadın hadisə yerində ölüb. Həmin an təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

Xəbəri rus dilində oxuyun: В Турции азербайджанец застрелил жену - Видео

Xəbərrus dilində oxuyun: Азербайджанец, проживающий в Украине, попал в плен

Arvadını öldürən Elvin, polisə təslim olub.

Qeyd olunur ki, Elvin Umayev 10 il əvvəl Azərbaycanda həbsxanaya düşüb, 4 ay öncə isə azadlığa çıxıb.