Azərbaycan I Divizionun XXIX turu ilklə əlamətdar olub. “Qafqazinfo” xəbər verir ki, Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, mövsümdə ilk dəfə qadın referi baş hakim funksiyasını yerinə yetirib.
Bu, “Qarabağ-2” – “Turan Tovuz-2” görüşündə baş verib. Binə qəsəbə stadionundakı matçı Fəridə Lütfəliyeva idarə edib. Qarşılaşmada qonaqlar 3:1 hesabı ilə qalib gəlib.
Həmçinin oxuyun: Kapital Bank открыл новый филиал в Худате
Cəmi 1 sarı vərəqə ilə kifayətlənən xanım baş hakimin köməkçiləri digər zərif cins nümayəndələri Sevda Nuriyeva və Gülnurə Əkbərzadə olub.
Azərbaycan çempionatının I Divizionunda qadın baş hakim son 8 mövsümdə ilk dəfə meydana çıxıb. Sonuncu belə hadisə 2014/2015 mövsümündə yaşanıb.
8 il 1 gün öncə - 2015-ci il mayın 15-də “Ağsu” – “Göyəzən” matçında (4:0) ədaləti Venera Kahriç qoruyub. Ağsu şəhər stadionundakı oyunda onun başçılıq etdiyi briqadada 2 xanım hakim də yer alıb. Baş hakimin köməkçilərindən biri Maya Nəbiyeva olub. Dördüncü hakim funksiyasını isə 8 il 1 gündən, yəni 2923 gündən sonra meydana yeni “amplua”da - baş hakim kimi çıxan Fəridə Lütfəliyeva yerinə yetirib.
Son xəbərlər
Son Xəbərlər
.jpg)