“Azeri Light”ın qiyməti 81 dolları ötdü

azeri-lightin-qiymeti-81-dollari-otdu
Oxunma sayı: 634

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 3.19 dollar və ya 4.07 % artaraq 81.50 ABŞ dollarına yüksəlib.

Xatırladaq ki, ötən gün neftimiz 78.31 ABŞ dollarına ticarət edilib.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.