“Azeri Light”ın qiyməti 91 dolları ötdü

azeri-lightin-qiymeti-91-dollari-otdu
Oxunma sayı: 1159

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,7 ABŞ dolları və ya 1,9% artaraq 91,15 ABŞ dollarına yüksəlib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.