“Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun satış və istismar üzrə müavini Qamət Məmmədov işdən azad olunub.
“Qafqazinfo”nun virtualaz.org-a istinadən məlumatına görə, Qamət Məmmədovun işdən çıxarılmasına səbəb kimi onun işdə yol verdiyi ciddi nöqsanlar göstərilir.
Məlumatda deyilir ki, müvafiq qərar “Azəriqaz” İB-nin oktyabrın 10-da keçirilən iclasında verilib.
Qamət Məmmədov əvvəllər Əmirov adına Neft-Qaz Çıxarma İdarəsinin rəisi işləyib. “Azəriqaz” sədrinin müavini vəzifəsinə 4 il əvvəl təyin olunmuşdu.
Xatırladaq ki, prezident İlham Əliyev qaz təsərrüfatı sahəsindəki nöqsanları son çıxışlarında dəfələrlə tənqid edib.
Son xəbərlər
Son Xəbərlər