“Azmade Group” əməkdaşlarının zəka dolu əyləncəsi

azmade-group-emekdaslarinin-zeka-dolu-eylencesi
Oxunma sayı: 1359

“Azmade Group” şirkətlər qrupuna daxil olan şirkətlər və əməkdaşlar arasında korporativ bağları gücləndirmək, zəka və əyləncəni bir araya gətirmək məqsədilə  Nə? Harda? Nə zaman? intellektual oyunu çərçivəsində “Zəka dolu Əyləncə” adlı tədbir təşkil olunub.

Tədbirdə çıxış edən “Azmade Group” şirkətlər qrupunun idarə heyətinin sədri Emruz İsgəndərov bu kimi tədbirlərin kollektivlər arası münasibətlərdə əhəmiyyətini vurğulayıb, iştirakçı komandalara uğurlar arzuluyub.  

Yarışda ölkəmizin aparıcı sənaye müəssisələrini özündə birləşdirən “Azmade Group”un 5 şirkətindən  20 komanda iştirak edib. Yarışmalar  Nə? Harada? Nə Zaman?”əyləncəli oyunu çərçivəsində turnirlər şəklində keçirilib.

Keçirilmiş turnirlərin yekunlarına əsasən birinci yeri “Azertexnolayn” şirkətinin “Texniki Avadanlıqlar Zavodunun" komandası tutub. İkinci yerin sahibi “AAC” şirkətinin komandası, üçüncü yerdə "Azertexnolayn" şirkətinin “Mərkəz”  komandası qərarlaşıb.

Qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılıb və təltif olunublar.

“Azmade Group”  - Azertexnolayn MMC, AAC MMC, Spark Beton MMC, Zəyəm Texnologiyalar Parkı ASC, LLS MMC şirkətlərini əhatə etməklə qarşıya qoyduğu əsas hədəf güclü idarəetmə, müasir texnologiyaların tətbiqi və insan kapitalına yatırımdır. Şirkətlər qrupu fəaliyyət göstərdiyi istiqamətlər üzrə icra etdiyi bütün layihələri əsas və törəmə şirkətlərinin də dəstəyi olmaqla həm ölkə daxilində, həm də ölkə xaricində milli brendlərin güclənməsi və daha çox tanıdılması üzərindən qurmağa üstünlük verir.