"Qafqazinfo" xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Ramil Nizami oğlu Qafarovun yanına qısamüddətli görüşə gəlmiş bacısı Zülfiyyə Nizami qızı Qafarovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman, alt paltarında gizlədilmiş, şəffaf sellofana bükülmüş, xalis çəkisi 0,8 qram olan narkotik maddə “Marixuana” aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər