Bakı-Qazax yolunda mikroavrobus aşdı - Yaralılar var

baki-qazax-yolunda-mikroavrobus-asdi
Oxunma sayı: 2027

Bakı-Qazax magistralının Yevlax rayon ərazisindən keçən hissəsində 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Qafqazinfo” Report”a istinadən xəbər verir ki, sərnişin daşıyan “Mersedes Vito” markalı mikroavtobus hərəkətdə olan zaman öncə "QAZel" markalı kiçik tutumlu yük maşınına çırpılıb, daha sonra idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə mikroavtobusda olan 7 nəfər xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdiriliblər. İkisinin vəziyyəti ağır, digərlərinin isə orta-ağır və kafi qiymətləndirilir.

Qeyd edək ki, qəzaya düşənlər Bakıdan toydan qayıdaraq Tovuza gedirlərmiş.