Bakıda 40 dərəcə isti var

bakida-40-derece-isti-var
Oxunma sayı: 1202

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata əsasən, ölkə ərazisində isti hava şəraiti davam edib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35-40, dağlıq rayonlarda 30-33, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-də 37-41 dərəcə isti qeydə alınıb.