Bakıda Hüseynlə görüşdə izdiham - Video

bakida-huseynle-gorusde-izdiham
Oxunma sayı: 15157

Bloqer Hüseyn Həsənov Bakıda izləyiciləri ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə izdiham yaşanıb.

Belə ki, Bakıda mollardan birində keçirilən görüşdə bloqeri görmək istəyənlərin çoxluğu diqqət çəkib.

Qeyd edək ki, Azərbaycanda pandemiya şəraiti ilə əlaqadar qapalı məkanlarda maskadan istifadə tələbi var. Buna baxmayaraq, görüşdə buna əməl olunmayıb. Bundan başqa, qapalı məkanda insanların sıx toplanışı da sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Həmin görüntüləri təqdim edirik: