Bakıda “Kiğılı”nın filial müdirinin meyiti tapıldı

bakida-kigilinin-filial-mudirinin-meyiti-tapildi
Oxunma sayı: 10381

Bakıda məşhur mağaza şəbəkəsinin filial müdirinin anbarda meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə bir neçə gün əvvəl Yasamal rayonu, Ə. Haqverdiyev küçəsi, 566-cı məhəllə ünvanında yerləşən “Kiğılı” geyim mağazasında qeydə alınıb. Belə ki, “Elmlər” filialının mağaza müdiri olan 1991-ci il təvəllüdlü Rəşid Əliyev anbarda ölü tapılıb.

Onun hansı şəraitdə və hansı səbəbdən vəfat etməsi hələlik məlum deyil, faktla bağlı araşdırma aparılır.

Xəbəri rus dilində oxuyun: В Баку найдено тело директора магазина “Kiğılı”