Bakıda polis əvvəlcə nişanlısını, sonra özünü öldürdü

bakida-polis-evvelce-nisanlisini-sonra-ozunu-oldurdu
Oxunma sayı: 11947

Bakıda polis əməkdaşı nişanlısını öldürüb, daha sonra intihar edib.

DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov "Qafqazinfo"ya bildirib ki, hadisə bu gün günorta saatlarında Nərimanov rayonu ərazisindəki evlərin birində baş verib.

Xəzər RPİ-nin əməkdaşı Tural Aslanov qısqanclıq zəminində nişanlısı Günay Cabbarovanı qətlə yetirdikdən sonra özü də intihar edib.

Faktla bağlı araşdırmalar aparılır.