Bakıdan Laçına... - Fotolar

bakidan-lacina
Oxunma sayı: 2078

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı bu günBakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 20 ailə (86 nəfər) köçürülüb.

Xatırladaq ki, indiyədək Laçın şəhərində 383 ailənin (1475 nəfər) daimi məskunlaşması təmin edilib.