Bakı Ali Neft Məktəbinin (BANM) "Kimya mühəndisliyi" ixtisası üzrə təhsil alan 10 tələbəsi bu ilin yayında Türkiyədə iki qrup üzrə yay istehsalat təcrübəsi keçiblər.
“Qafqazinfo” xəbər verir ki, 3-cü kursda təhsil alan 5 nəfər tələbə 1-24 iyul tarixlərində, digər 5 nəfər tələbə isə, 27 iyul-14 avqust tarixlərində Türkiyənin İzmir şəhərində “Petkim” şirkətinin müəssisələrində təşkil olunan istehsalat təcrübəsində olublar. Azərbaycanın ali məktəbləri içərisində ilk dəfə olaraq Bakı Ali Neft Məktəbi öz tələbələrini xaricə istehsalat təcrübəsinə göndərib. BANM tələbələri təhsil aldıqları müddətdə həm yerli, həm də beynəlxalq transmilli şirkətlərdə təcrübə keçirlər. Tələbələr 25 gün ərzində nəhəng obyekt olan SOCAR-ın "Petkim" şirkətinin müəssisələrində tikinti-quraşdırma və tamamlama işləri və müxtəlif təyinatlı texnoloji qurğuların işi ilə yaxından tanış olublar. Təcrübənin sonunda BANM-in tələbələrinə “Petkim” şirkəti tərəfindən sertifikatlar təqdim olunub.


Son xəbərlər
Son Xəbərlər