“Barselona” liderliyə yüksəldi - Video

barselona-liderliye-yukseldi
Oxunma sayı: 2724

La Liqada 24-cü tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, turun son oyununda “Barselona” “Rayo Valyekano” ilə qarşılaşıb. 

Kataloniya təmsilçisi matçda minimal hesabla qalib gəlib - 1:0. Qarşılaşmada yeganə qolu 28-ci dəqiqədə penaltidən Robert Levandovski vurub.

Bununla da “Barselona” xallarının sayını 51-ə çatdıraraq “Real Madrid”ə çatıb və əlavə göstəricilərə görə “kral klubu”nu qabaqlayaraq liderliyə yüksəlib. “Rayo Valyekano” isə 35 xalla yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb.