“Bayer”in kapitanı “Qarabağ”la oyundan danışdı

bayerin-kapitani-qarabagla-oyundan-danisdi
Oxunma sayı: 6227

“Biz üç xaldan razıyıq və diqqətimizi növbəti oyuna yönəldəcəyik. Cümə axşamı Avropa Liqasının 1/8 finalında “Qarabağ”la oyun var”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Bayer”in (Leverkusen) kapitanı Conatan Ta növbəti oyunlar haqqında danışarkən deyib.

O bildirib ki, hələ qarşıda 10 oyun qalıb və nə baş verəcəyi bəlli deyil: “Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”ın qonağı olacağıq. İşlərin nəzarətdən çıxmaması üçün diqqətimizi cəmləməliyik”.