Bayramov Almaniyaya getdi

bayramov-almaniyaya-getdi
Oxunma sayı: 1065

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniyaya işgüzar səfərə yola düşüb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Ceyhun Bayramovun 61-ci Münxen Təhlükəsizlik Konfransında iştirakı, habelə yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.