Bayramov BƏƏ-nin dövlət naziri ilə Qəbələdə görüşdü - Foto

bayramov-bee-nin-dovlet-naziri-ile-qebelede-gorusdu
Oxunma sayı: 720

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qəbələ şəhərində Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri Saeed Bin Mubarak Al Hajerinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, görüş zamanı, Azərbaycan ilə BƏƏ arasında mövcud dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri geniş müzakirə olunub. 

Tərəflər siyasi dialoqun yüksək səviyyəsini məmnunluqla qeyd edərək, iqtisadiyyat, ticarət, investisiyalar, enerji (o cümlədən bərpa olunan enerji), nəqliyyat və logistika, yüksək texnologiyalar, təhsil və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Nazir Ceyhun Bayramov Azərbaycanın əlverişli investisiya mühiti və regionda həyata keçirilən iri infrastruktur layihələri barədə ətraflı məlumat verib, BƏƏ şirkətlərinin ölkəmizdə həyata keçirilən layihələrdə iştirakının əhəmiyyətini vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər beynəlxalq platformalarda əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.