“Baza”nın baş redaktoru həbs olundu

bazanin-bas-redaktoru-hebs-olundu
Oxunma sayı: 1880

“Baza” teleqram kanalının baş redaktoru Qleb Trifonov barəsində həbs qətimkan tədbiri seçilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Məlumata görə, o, sentyabrın 20-dək İstintaq təcridxanasına göndərilib.

Qeyd edək ki, Q.Trifonov və onun həmkarı rüşvət almaqda ittiham olunduqları üçün ötən gecə Moskvada saxlanılıblar.