“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia komandadan ayrılacağı ilə bağlı sualı cavablayıb.
“Qafqazinfo” xəbər verir ki, o, “CBC Sport”a müsahibəsində Ağdam təmsilçisi ilə danışıqlar apardığını deyib:
“Bu barədə heç bir fikrim yoxdur. Hazırda “Qarabağ”la danışıqlar aparırıq. Görək necə olacaq. Buranı çox bəyənirəm. Baş məşqçi mənə güvənir, mən də ona. Gələcəkdə nə baş verəcəyini görəcəyik”.
Son xəbərlər
Son Xəbərlər