Baş Prokuror Kamran Əliyev deputatların Eldəniz Səlimovun toxunulmazlığının ləğv edilməsi ilə bağlı suallarına cavab verib.
“Qafqazinfo”nun məlumatına görə, K. Əliyev deyib ki, qətiyyən bu hərəkət Milli Məclisin nüfuzuna xələl gətirmir: "Bu başqa şəxs də ola bilər. Bəzən sosial şəbəkələrdə Milli Məclisin ünvanına təhqiredici ifadələr səslənir. Ancaq bu təkcə Milli Məclislə bağlı yox, digər dövlət qurumlarının da ünvanına səsləndirilir. Vəzifəli şəxslərin 3 kateqoroyası var. Hakimiyyət nümayəndələrinin vəzifəli şəxs olması şübhə doğurmayıb. Milli Məclisin deputatları klassik olaraq vəzifəli şəxslərdir. Niyə 309-cu maddənin 2 ci hisssəsinin seçilməsinə də aydınlıq gətirim. 315 -ci maddə hakimiyyət nümayəndəsinin vəzifəsinin icra etməsiylə bağlıdır. Polis həmin vaxt vəzifəsinin icrasında olmayıb. Çünki hadisə yerinə zəng edilərək çağırılıb. “Deputatın statusu haqqında” qanunda deputatların səlahiyyətləri nəzərdə tutulub. Məhz orada deputat bu səlahiyyətləri aşıb.
E. Səlimovun əvvəl təqib və təzyiqə məruz qalması haqqında məlumata gəlincə isə bildirim ki, istintaq materiallarına əsasən belə bir məlumat yoxdur. Biz Eldəniz Səlimovu hələ toxunulmazlıq məsələsinə görə istintaqa dəvət edə bilməmişik. Ancaq belə hallar varsa buna da hüquqi qiymət veriləcək.
Tahir müəllimin yanaşmasının əleyhinəyəm. Biz də başa düşürük ki, hadisənin təfərrüaratları var. Ancaq məsələ xırda hal olsaydı, İntizam Komissiyasında baxılardı. Siz sonradan tanış olanda biləcəksiniz, biz tamamilə başqa hadisə ilə də qarşılamışıq. Bu, başqa müstəvidə olan hadisələrdir”.
Günel Türksoy