Biləsuvarda mikroavtobusda bıçaqlanma - Saxlanılan var

bilesuvarda-mikroavtobusda-bicaqlanma
Oxunma sayı: 1476

Biləsuvarda qohumlar arasında bıçaqlanma hadisəsi olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Aranlı kəndi ərazisində baş verib.

Belə ki, kənddə sərnişindaşıma ilə məşğul olan mikroaftobusda, Çinarlı kənd sakini 2006-cı il təvəllüdlü Vadər Həmidli bıçaqlanıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs, zərərçəkənin bibisi oğlu, 2001-ci təvəllüdlü Orxan Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Əldə etdiyimiz məlumata görə, Vadər Həmidlinin atası 1975-cil il təvəllüdlü Cavid Həmidov 2023-cü ildə bacısının həyat yoldaşı, 1972-ci il təvəllüdlü Əsgər Abdullayevi (Orxan Abdullayevin atası-red.) güllələyərək qətlə yetirib.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov