Biləsuvarda üç maşın toqquşdu - Ölən və xəsarət alanlar var

bilesuvarda-uc-masin-toqqusdu
Oxunma sayı: 1488

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Bakı-Astara magistralının rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki minik və bir yük maşını toqquşub.

İlkin məlumata görə, qəzada bir nəfər ölüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 3 nəfər isə rayon xəstəxanasına çatdırılıb.

Onlar Cəlilabad rayonunun Uzuntəpə kəndinin sakinləri 2002-ci il təvəllüdlü Həmidov Əlvan Şəfi oğlu, 2002-ci təvəllüdlü Xanverdiyev Elmin Şaban oğlu və 2000-ci il təvəllüdlü Cəfərov Nəsib Bahadur oğludur.

Surxay Şahbazov