Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda İctimai Palatanın n 21 may aksiyası dəyərləndirilib. Aksiyanı qənaətbəxş qiymətləndirən RH üzvləri, 21 may və ondan öncəki kütləvi tədbirdə iştirakı ilə seçilənlərə rəsmən təşəkkür elan etmək barədə qərar qəbul ediblər.
İclasda İP-nın növbəti aksiyalarında partiyanın yüksək iştirakını təmin etmək üçün müzakirələr aparılıb, işçı qruplar yaradılıb.
RH vicdan məhbusların da durumunu müzakirə edib, onların müdafiəsi istiqamətində növbəti günlərdə görüləcək işlər müəyyənləşdirilib.
RH-nın növbəti bir qərarı dinc aksiya iştirakçılarına olan polis zorakılığı ilə bağlı olub. AXCP RH polisin özbaşınalığına qarşı bəyanat qəbul edib. Bəyanatda deyilir:
“Azərbaycan Xalq Cəbhəsi Partiyası İP-nin 21 may aksiyasında polisin dinc iştirakçılara qarşı zorakılığını hiddətlə pisləyir.
Aksiyada polis iştirakçıların davaranışına qeyri-adekvat formada gücə əl ataraq fəaları döyüb, onlara xəsarət yetirib. Etirazçılardan AXCP sədrinin müavinləri Nurəddin Məmmədli və Gözəl Bayramlının qol və əlləri travma alıb, Natavan Səlimzadənin halı kəskin pisləşərək xəstəxanada yerləşdirilib; Afina Əliyeva, Nihad Hüseyn, Toğrul İbrahim, Zərifə Məhyəddinova da polisin qaba və qeyri-insani davranışına hədəf olublar.
AXCP xüsusi narahatlıqla vurğulayır ki, ötən aksiyalardan olduğu kimi polis bölmələrinə aparılan xəsarət alan iştirakçıların heç birinə tibbi yardım olunmur. Beləliklə də bu addımla insanlar zəruri yardıma möhtac saxlanılır, polisin cinayətinin qeydə alınması önlənilir.
AXCP saxlanılan aksiyaçıların polis bölməsində və bölmədən Qobustana “məcburi ezamiyyəti” fiziki zorakılığa məruz qalmasını da şiddətlə pisləyir.
AXCP xatırladır ki, bölmədə və “ezamiyyət”də Əbülfəz Qurbanlı, Elçin Cərullazadə, Rauf Məmmədəli, Ayxan Hacıbəyli, Nihad Cəbrayıl, Elvin Baycan və Amid Süleymanov vəhşicəsinə döyülüblər. Bu hal onu deməyə əsas verir ki, polisin iştirakçılara zorakılığı aksiyanı dayandırmağa yox, fərdi qisasa hesablanıb.
AXCP hakimiyyəti məsuliyyətə dəvət edərək, polisdən siyasi alət kimi istifadətə son qoymağa səsləyir. Dinc aksiya iştirakçılarına qarşı polisin etdiyi zorakılığı cinayət sayan partiya həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə tələb edir.
AXCP beynəlxalq qurumlara çağırış edərək öz konstitusion hüquqlarından dinc formada istifadə edən vətəndaşlara zorakılıq edən şəxslərə sanksiyalar tətbiq etməyi zamanı çatdığını bəyan edir”.
Son xəbərlər
Son Xəbərlər