“Bu dəhliz regionla əlaqələr üçün yeni imkanlar açacaq - Ağ Evdən bəyanat

bu-dehliz-regionla-elaqeler-ucun-yeni-imkanlar-acacaq
Oxunma sayı: 1688

Ağ Ev ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı bəyanat yayıb.

“Qafqazinfo” xəbər verir ki, Ağ evin mətbuat katibinin müavini Anna Kellin görüşün ABŞ-yə Qafqazda Trampın adını daşıyacaq tranzit dəhlizinin inkişafı üçün eksklüziv çıxış imkanı verəcəyini söyləyib.

O, bildirib ki, həmçinin dəhliz Ermənistanın və onun xalqının suverenliyinə, ərazi bütövlüyünə hörmət etməklə iki ölkə arasında maneəsiz səfərləri təmin edəcək. 

“Yaxın aylarda yol xəritəsini tam şəkildə həyata keçirmək üçün işçi qrupları dərhal işə başlayacaq. Sülhə aparan bu yolu təmin etməklə biz Cənubi Qafqazın ticarət, tranzit və enerji axınları üçün böyük potensialı açmış oluruq”, - deyə Kellin bildirib. 

O, vurğulayıb ki,  Tramp hər iki ölkəyə regional əlaqələr üçün yeni imkanlar açacaq. Eləcə də, tərəflərlə ABŞ iqtisadiyyatına fayda verəcək sazişlər imzalayacaq.